44 yaşlı qadın əri tərəfindən bıçaqlandı - SUMQAYITDA

Baxış sayı:
421

Sumqayıtda 44 yaşlı qadın bıçaqlanıb.

"Report"un məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1975-ci il Babayeva Tahirə Səxavət qızıyaşadığı evdə əri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.