44 yaşlı kişi narkotikin təsirindən öldü - GÖYGÖLDƏ

Baxış sayı:
1884

Göygöl sakini yüksək dozada narkotikin təsirindən ölüb.

Belə ki, 1976-cı il təvəllüdlü rayon sakini Abdulayev Rizvan Firuddin oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

İlkin məlumata görə, R.Abdulayev yüksək dozada narkotikin təsirindən ölüb.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.