44 NÖMRƏLİ MƏKTƏBDƏ "KARUSEL" ƏMƏLİYYATI - Qadın zavuç saxtakarlığa etiraz edən namizədin nümayəndəsini küçə söyüşləri ilə təhqir etdi / VİDEO

Baxış sayı:
3061

Azərbaycanda əksər seçki dairələrində olduğu kimi, 23 saylı Nəsimi-Səbail seçki dairəsində də seçkilər kütləvi surətdə saxtalaşdırılır.
Muxalifet.az
xəbər verir ki, həmin dairədə də saxtakarlıq prosesi əsasən məktəb rəhbərliyi, müəllimlər və büdcə təşkilatlarının nümayəndələri tərəfindən aparılır. Hətta bir çox hallarda bu saxtakarlıqların gizlədilməsinə belə, ehtiyac görmürlər.
Əldə etdiyimiz məlumata görə, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 44 nömrəli məktəbdə yerləşən mənətəqələrdən birində “karusel” əməliyyatına sözügedən təhsil ocağının qadın zavuçu rəhbərlik edir. Sosial şəbəkədə yayılan video-görüntülərdən də aydın olur ki, adı və soyadı hələlik bizə bəlli olmayan videoda gördüyünüz qadın həmin dairədəki namizədlərdən birinin nümayəndəsini bir çox kişilərin ağzına gətirmədiyi küçə söyüşləri ilə söyür.
Bu baxımdan sosial şəbəkə izləyiciləri haqlı olaraq qeyd edirlər ki, belə əxlaqsız söyüş söyən qadının zavuç işlədiyi məktəbdə övladlarının normal təhsil alması və düzgün tərbiyyələndirilməsi mümkün deyil.
Buyurun, 44 nömrəli məktəbin qadın zavuçunun nümayandəyə hər kəsin gözü önündə verdiyi cavabı özünüz dinləyin: