43 ölkə Rusiyaya çağırış etdi - BƏYANAT

BMT-nin 43 üzv dövləti Ukraynaya dəstək olmaq üçün birgə bəyanat imzalayıblar.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib. Bəyanatda Rusiyanı Minsk razılıqlarını yerinə yetirməyə və Donetskdə gərginliyi azaltmağa çağırılıb.

Bəyanatda qeyd edilir ki, Minsk razılaşması bütün tərəflər tərəfindən yerinə yetirilməlidir və Donetskdə insan hüquqlarının müdafiəsi ən əhəmiyyətli şərtdir(axar.az).