​ 42 yaşlı kişi özünü ASIB - GÖYÇAYDA

Göyçay rayonunda intihar hadisəsi baş verib.
 
Hadisə bu gün saat 12:00 radələrində rayonun Qaraməryəm kəndində qeydə alınıb.
 Kənd sakini, 1975-ci il təvəllüdlü Kərimov Yalçın Nağı oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
 Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.