42 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ

İyulun 19-da Bakı və Abşeron yarımadasında hava günəşli olacaq. Şərq, cənub-şərq küləyi əsəcək.
 
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  22-25° isti, gündüz  34-39° isti, Bakıda gecə  23-25° isti, gündüz  37-39° isti olacağı gözlənilir.
 Atmosfer  təzyiqi  normadan aşağı 756 mm civə sütunu  təşkil edəcək. Nisbi rütubət  40-50% olacaq.
 Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26°, Türkan, Hövsan, Sahil, Şıxda  26-27° isti təşkil edəcək.
 İyulun 19-dan 23-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 34-38°, bəzi yerlərdə  40° isti olacağı gözlənilir.
 İyulun 19-dan 23-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Uzun müddət günəş altında olmaq məsləhət deyil.
 Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  20-25° isti, gündüz  35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
 İyulun 19-dan 23-dək ölkə ərazisində hava şəraitinin isti olacağı gözlənilir.
 Havanın maksimal temperaturu 35-40°, Naxçıvan MR-nın və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42°, dağlıq rayonlarda isə 28-33° isti olacağı gözlənilir.