​41 ölkə birləşdi – Milli Liqaya RƏQİB GƏLİR

UEFA–nın tətbiq etdiyi Milli Liqanın bir bənzəri də Amerika qitəsində təşkil ediləcək.
Publika.az xəbər verir ki, turnir 2018-ci ilin sentyabrında start götürəcək.
CONCACAF Futbol Konfederasiyası içində ABŞ və Meksikanın da olduğu 41 ölkə federasiyası ilə toplantı keçirib və müzakirələr aparıb.
Liqa ilə bağlı razılaşma yaxın gələcəkdə əldə ediləcək. Rəsmi açıqlama isə aylardır müzakirəsi aparılan təşkilatlanmanın tamamlanmasından sonra ediləcək. Karib ölkələrini də ehtiva edən yeni formatın kiçik bir dünya kuboku yaradacağı bildirilib.