41 nəfərin ölümünə səbəb olan təyyarə ilə bağlı ŞOK İDDİA

Baxış sayı:
5161

Aviasiyanın inkişafı məsələləri üzrə Rusiya prezidenti yanında komissiyanın üzvü Yuri Sıtnik Moskvanın Şeremetyevo aeroportundakı qəzadan sonra “Sukhoi Superjet 100” (SSJ-100) təyyarələrdən imtina etməyə çağırıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, onun sözlərini “Daily Storm” nəşri sitat gətirib.
“Gözlərinizi açın və “Superjet”ə biletləri almaqdan imtina edin”, - Sıtnik bildirib.
O xatırladıb ki, bu təyyarələrin istismara yararsız olduğunu dəfələrlə vurğulayıb.
Dövlət Dumasının kontrol və reqlament üzrə komitəsinin sədr müavini Mixail Romanov hadisə ilə bağlı araşdırma başa çatana kimi “SSJ-100” seriyasından olan bütün təyyarələrin istismarını dayandırmağı tələb edib.
Qeyd edək ki, ötən gün Moskvanın Şeremetyevo aeroportunda sərnişin təyyarəsi eniş zamanı qəzaya uğrayıb və yanıb.