​4 uşaq anası su quyusuna düşərək boğuldu

Baxış sayı:
7402

Astarada qadın su quyusuna düşərək boğulub.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, rayonun Artupa kənd sakini, 1984-cü il təvəllüdlü Kazımova Xəyalə Ədalət qızı yaşadığı evin yaxınlığındakı su quyusuna düşərək boğulub. Dörd uşaq anası olan X.Kazımovanın ehtiyatsızlıqdan su quyusuna yıxıldığı ehtimal olunur.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.