4 saylı xəstəxana nazirliyin tabeliyindən çıxarıldı

Baxış sayı:
1672

Fuad Əfəndiyev adına 4 saylı Şəhər Klinik Xəstəxanasının binası artıq Səhiyyə Nazirliyinin tabeliyində deyil. 
Bunu Muxalifet.az-a açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, xəstəxanının hazırda fəaliyyət göstərməyən binası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansındadır.
"Xəstəxanının heyəti tam olaraq Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. Həmin bina artıq xəstəxana deyilsə, demək bizim balasımızdan çıxıb".