​4 qurumun işi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərildi - Siyavuş Novruzovdan açıqlama

Baxış sayı:
8800

Bakı şəhəri Binəqədi rayonunun 4 bələdiyyəsi ilə əlaqədar məsələ Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır. 
Bunu BakuPost-a açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. 
Deputat qeyd edib ki, söhbət dövlət büdcəsindən bələdiyyələrə ayrılmış 3 milyon manatın taleyindən gedir.