4 otaqlı ev yandı - ​ZAQATALADA

Zaqatalada 4 otaqlı evdə yanğın olub.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Bazar kəndində ümumi sahəsi 158 m² olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 158 m² sahədə, mətbəx və hamam otağı 11 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.