“4 İyun”un banisi Surət Hüseynov hardadır?

Bu gün 1993-cü ildə baş verən “4 iyun Sürət Hüseynov qiyamı”nın 24 ili tamam olur.
 
Azərbaycan tarixinə qara ləkə kimi həkk olunan “4 iyun qiyamı”nın banisi, Azərbaycanın keçmiş baş naziri, bir neçə rayonumuzun işğal edilməsində birbaşa rolu olan Sürət Hüseynova hansısa gizli əllər hamilik edir.
Belə olmasaydı, xalqımızın düşməni olan bu mənfur qüvvə ayrı-ayrı ölkələrdə yenə də at oynada bilməzdi.
 Modern.az saytının məlumatına görə, Surət Hüseynov Rusiyadakı iş əlaqələrini dondurub.
O, biznesinin böyük hissəsini Türkiyəyə köçürüb.
2011-ci ildə anasının vəfatından sonra birdəfəlik Türkiyəyə köçən Surət Hüseynov 2 övladı və nəvəsini də özü ilə aparıb. Bununla da Rusiyadakı iş əlaqələrinə son qoyub.
Mənbənin məlumatına görə, Surət Hüseynovun biznesi, nəqliyyat sahəsi ilə bağlıdır. Belə ki, avtomobil və gəmi biznesi sahəsi ilə məşğul olan bu şəxs işlərindən çox məmnundur.