4 ildən sonra bir ilk: Türkiyə HAVA SAHƏSİNİ RUSLARA AÇDI

 Türkiyə ilə Rusiya münasibətlərində yeni və həlledici bir addım daha atıldı.
 
Suriya böhranına görə, dörd ildən bu yana Rusiya Müdafiə Nazirliyinə aid hərbi təyyarələrə hava məkanını qapalı tutan Türkiyə, dünən Rus hərbi nəqliyyat təyyarəsinə Türk hava məkanını açdı.
Rusiyanın “İnterfaks” agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinə məxsus TU-154m nəqliyyat təyyarəsi Moskva yaxınlığındakı "Çkalovsk" hərbi bazasından havaya qalxdıqdan sonra Qara Dəniz və Türkiyə üzərindən uçuşunu həyata keçirərək Suriyanın Lazkiye bölgəsində yer alan Rus Hmeymim Hava Bazasına eniş edib. Beləliklə, təyyarə ən qısa yoldan Suriyadakı Rus Hmeymim Hava Bazasına çatıb.
Müxalifət.az