4 dəfə yaralanan ASO komandiri: “AİLƏMİ TÜRK MİLLƏTİNƏ ƏMANƏT EDİRƏM”

Baxış sayı:
2920

Türkiyə prezidenti Ərdoğanın "Onlardakı o imanı görüncə, öz halımdan utandım" deyərək qəhrəmanlığını təriflədiyi ASO komandirinin kimliyi bəlli oldu. Mayor Y.A. Dörd dəfə yaralanıb, sağalır, sağalmaz  yenidən cəbhəyə qaçıb. Döyüşlərdən əvvəl, "Şəhid olsam, ailəmi Türk millətinə əmanət edirəm" deyib.
 
Azez, Cerablus və əl- Babın azad edildiyi “Fərat Qalxanı” Hərəkatında 614, Afrinin terrordan təmizləndiyi “Zeytun Budağı” Hərəkatında isə 302 şəhid verən Azad Suriya Ordusu (ASO), prezident Ərdoğanın "O imanı görəncə, öz halımdan utandım" dediyi komandirlərlə döyüş meydançasında Türk əsgəri ilə birlikdə PKK və İŞİD terrorçularına dünyanı dar edir.
Prezident Ərdoğan, ötən həftə Prezident Sarayında “Zeytun Budağı” Hərəkatı ilə bağlı xüsusi xidmət orqanlarının başçıları ilə yanaşı, dost ASO rəhbərlərinin də iştirak etdiyi bir heyəti qəbul etmişdi. Ərdoğan bu qəbulda özünü valeh edən bir ASO komandirini  bu sözlərlə xatırlamışdı:
“Onlardakı o inancı, o imanı görəndə, bir tərəfdən də öz halıma utandım. ASO-dakı bir komandir münaqişələr səbəbindən bir çox yerindən yaralanıb və nəticədə mədəsini itirib. PKK bunun şəhadətinə, başına mükafat qoyub. Amma o, bu tibbi əməliyyatlardan sonra dayanmamış, yenidən cəbhəyə getmişdir. Bu Azad Suriya Ordusuna Kamal (Kılıçdaroğlu) deyilən adam nə deyir? Terror təşkilatı deyir. Bu sənin üçün PKK, PYD deyil. Bunlar mənim Memetciyimlə birlikdə düşmənə, terror təşkilatına qarşı döyüşənlərdir. Və həmd olsun, baxıram, çiynində Türkiyə bayrağı daşıyır".
Ərdoğanın ASO-nu tənqid edən CHP liderinə nümunə olaraq təriflədiyi ASO komandirinin mayor Y.A. olduğu müəyyənləşib. Y.A.nın qeyri-adi hekayəsi öyrənilib.
 
ƏSƏD REJİMİ SATIN ALMAQ İSTƏDİ
 
Atası Suriya ordusunun keçmiş generallarından olan mayor Y.A, vətəndaş müharibəsi başlayanda bunun ümmət adına aparılan bir savaş olduğuna inanaraq ASO sıralarına qatılıb. Varlı və güclü bir ailədən gələn Y.A. hərbi sahədə və diplomatiyadakı istedadları ilə müharibə müddətində ön plana çıxıb. Qısa müddətdə bir çox qrupdan “bizə qoşul” deyə, təkliflər alıb. Mübarizə əzmi baxımından bütün qrupların üzərində ittifaq etdiyi şəxslərin başında gələn Y.A, bir ara Əsəd rejiminin müharibədən imtina etməsi müqabilində pul və general rütbəsi təkliflərini də rədd edib. Döyüş meydançasında terror təşkilatı PKK/PYD-YPG və rejim tərəfində vuruşan əcnəbi hərbiçilərin ən çox qorxduğu şəxs olan Y.A, separatçı təşkilatın başına mükafat qoyduğu ASO üzvlərindən biridir.
 
AİLƏM SİZƏ ƏMANƏT
 
Hərbi geyimində ASO bayrağı ilə yanaşı, ay-ulduz simvolunu daşıyan qəhrəman Y.A, ölümə meydan oxuyur. Müharibədə dörd dəfə ağır yaralanan və sağalır, sağalmaz yenə cəbhə gedən Y.A, bədənindəki güllə izlərini iftixar mənbəyi kimi xarakterizə edir. Hərbi istedadı ilə yanaşı, müzakirə qabiliyyəti qarşıya çıxan Y.A, bu səbəblə müxalifət adından aparılan bütün danışıqlarda əvəzolunmaz şəxs olaraq heyətlərdə iştirak edir. Müxaliflər Y.A-nın aparılan danışıqlarda müvəffəqiyyətinə inanır. Y.A, o səbəblə cəbhəyə ara verib, Astana və Soçi kimi Suriyə Sammitlərində Yüksək Danışıq Heyətində  yer alıb. Hər münaqişəyə şəhadət üçün hazırlanan Y.A.-nın Türkiyədən gözləntisi isə sanki bir vəsiyyət kimidir. Y.A, "Hər döyüş öncəsi, şəhid olsam ailəmi nəcib və uca Türk millətinə əmanət edirəm. Türklər ümmət adına döyüşənlərin əmanətinə sahib çıxar" deyir.
Müxalifət.az