4 AKP-çinin qətlə yetirilməsinə ƏRDOĞANDAN REAKSİYA

Baxış sayı:
4783

Suruçda atdığınız addımın bədəlini çox ağır şəkildə ödəyəcəksiniz.

Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suruç bölgəsində AKP-çi qrupa hücumla bağlı danışarkən deyib.

“Orada həmin PKK bezini əlində tutan qatil hazırda içəridədir, ancaq bunu açıq şəkildə deyim: bizim PKK ilə mübarizəmiz bundan sonra daha qərarlı şəkildə davam etdiriləcək”, - Ərdoğan bildirib.

Xatırladaq ki, Türkiyədə, Şanlıurfanın Suruç mahalında AKP-çilərə hücum zamanı 4 partiya üzvü öldürülüb, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.