39 yaşlı kişi ÖZÜNÜ YANDIRDI – GƏNCƏDƏ

Yanıq xəsarətləri alan şəxsin sərxoş olduğu bildirilir
 
Gəncədə yerli sakin özünü küçədə yandırıb.
Muxalifet.az xəbər verir ki, hadisə gecə saatlarında şəhərin 20 Yanvar abidəsinin önündə baş verib.
Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Mustafayev Rasim Fəxrəddin oğlu hələ ki, bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Onun sərxoş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.