37 yaşlı Biləsuvar sakini bıçaqlandı

Baxış sayı:
5374

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.
Belə ki, rayonun İsmətli kənd sakini, 1982-ci il təvəllüdlü Nadir Qarayev bıçaqlanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.