"37 ildir bu qucaqdan heç yerə düşmürəm" - FOTO

Baxış sayı:
208

Aparıcı Lalə Azərtaş Bəhruz adlı əmisi ilə sosial şəbəkədə fotosunu paylaşıb.

Axşam.az xəbər verir ki, görüntüdə aparıcı illər əvvəl onun qucağında oturduğu şəkli ilə indiki görüntüsünü kollaj edib.

L.Azərtaş doğum günü olan əmisinə belə təbrik yazıb:

 

"Kimin belə əmisi var - görən kimi boynuna sarılıb, qucağına qaçdıgı?! Mən 37 ildir bu qucaqdan heç yerə düşmürəm... Bu, uşaq ruhlu olduğumdan deyil, əmimin sonsuz sevgisindən və qəlbinin genişliyindəndir. Hər nazımı çəkənim, dost kimi dostum, qardaş kimi qardaşım, əmi kimi əmim Bəhruzum, 55 yaşın mübarək!".

Qeyd edək ki, aparıcı bir müddət öncə əmisinin əlini öpüb, 100 avro aldığı videonu paylaşdığına görə tənqid olunmuşdu. ii

"37 ildir bu qucaqdan heç yerə düşmürəm" - FOTO