3.600 nəfər ölüb, 60.190 nəfər isə sağalıb

Baxış sayı:
1162

24 saat ərzində Çində 45 nəfər koronavirus xəstəliyinə yoluxub, 1600 nəfər sağalıb, 27 nəfər isə ölüb. 

Bazar günü Çinin Milli Səhiyyə Komissiyasının məlumatına istinad edən Rusiyanın “TASS” agentliyinin yaydığı xəbərdə belə deyilir.

Komissiyanın məlumatlarına görə, ölkədə koronavirus infeksiyasına indiyə qədər yoluxanların sayı 80.700 nəfərə çatıb, onlardan 57 min insan sağalıb və 3.097 nəfər isə ölüb.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti 11 milyon əhalisi olan iqtisadi və sənaye baxımından sürətli inkişaf etmiş Vuhan şəhərində naməlum virusun aşkar olunması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verib.

Virus yanvarın 7-də “2019CoV” olaraq adlanıb. Bu günə qədər Rusiya da daxil olmaqla 103 ölkə koronavirusun əhatə dairəsinə keçib.

Ən son məlumatlara görə, Çində və digər ölkələrdə koronavirusa yoluxmuş xəstələrin sayı 106.200-dən çoxdur. Virusdan ölənlərin sayı 3.600-ə çatıb, eyni zamanda 60.190-dan çox xəstə sağalıb.

Çindən kənarda ən çox koronavirus infeksiyası Cənubi Koreya, İran və İtaliyada qeydə alınıb./ Musavat.com