35 yaşlı kişini ilan VURUB – AĞSTAFADA

Ağstafa sakinini ilan sancıb.
 
Rayonun Muğanlı kənd sakini 1982-ci il təvəllüdlü Mehdiyev Şöhrət həyətyanı sahəsində işləyən zaman ilan onun ayağından sancıb.
 Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub, vəziyyəti orta-ağırdır.