35 yaşlı kişi qonşusu tərəfindən bıçaqlandı - ​BAKIDA

Ziyad Əliyev yaxınlıqdakı xəstəxanaya yerləşdirilib
Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Ramana qəsəbəsində, "Şuşa şəhərciyi" kimi tanınan ərazidə 1982-ci il təvəllüdlü Əliyev Ziyad Rafiq oğlu qonşuluğunda yaşayan şəxslə əlbəyaxa dava edib. Ona qonşusu tərəfindən iki bıçaq zərbəsi vurulub. Z.Əliyev təcili yardım vasitəsilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Sabunçu Rayon Polis İdarəsi tərəfindən hadisəni törədən şəxsin axtarışına başlanılıb.