3344 ölü, 7 min yaralı - BMT AYAĞA QALXDI

Baxış sayı:
4732

BMT Donbas münaqişəsinin gedişatında 3344 dinc sakinin ölümü barədə məlumat yayıb. Publika.az-ın məlumatına görə, BMT-nin Ukraynadakı insan hüquqları üzrə missiyasının rəhbəri Matilda Boqner brifinqdəki çıxışı zamanı Donbasda müharibənin başlamasından indiyədək 7 min insanın yaralandığını bildirib: "Qurbanların sayı getdikcə artır. 2014-cü ilin apreli ilə müqayisədə böyük fərq var. Bu ilin əvvəlindən 15 noyabra kimi 26 dinc sakin həyatını itirib. 136 nəfər isə yaralanıb. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə 40% azalma var. 2020-ci ildə müharibə qurbanlarının olmayacağına ümid etmək istərdim".