​330 sahibkar Azərişıq ASC-yə MÜRACİƏT ETDİ

Baxış sayı:
5014

Fevral ayı ərzində sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulması üçün müraciətlərin sayında sıçrayış olub.
Muxalifət.az-ın xəbrinə görə, bu barədə Teleqraf.com-a Azərişıq ASC-dən məlumat verilib.
Məlumatda qeyd edilib ki, fevral ayının 15-dən etibarən Azərişıq ASC ASAN Xidmət vasitəsilə daha bir yenilik etdi və bununla da sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi artıq bölgələrdəki bütün ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində gerçəkləşdirilməyə başlayıb. Nəticədə fevral ayı 28 gündən ibarət olmasına baxmayaraq, 330 sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət edib. Hansı ki, yanvar ayında 284 sahibkar bu məqsədlə ASAN Xidmət və ASAN Kommunal mərkəzlərinə müraciət etmişdi. Sahibkarların elektrik şəbəkəsinə qoşulmaq üçün ASAN Xidmət vasitəsi ilə Azərişıq ASC-yə müraciətlərinin sayının çoxalmasında digər səbəb heç şübhəsiz vahid pəncərə sistemi üzrə prosedurların 7-dən 3-ə salınması və elektrik şəbəkəsinə qoşulma müddətinin 69 gündən 24 günə endirilməsidir.
Fevral ayı ərzində sahibkarlarla yanaşı, əhali abonentlərin də ASAN Xidmət vasitəsi ilə Azərişıq ASC-yə müraciətlərinin sayında artım olub. Əgər yanvar ayında 3041 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün ASAN Xidmət vasitəsi ilə Azərişıq ASC-yə müraciət etmişdisə, fevral ayının 28 günü ərzində 3252 vətəndaş müraciət edib. Sözsüz ki, məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulmaq üçün həyata keçirilən xidmətin bütün bölgələrdəki ASAN Xidmət mərkəzlərini əhatə etməsi, bu məsələdə də öz müsbət rolunu oynayıb.
Ümumilikdə isə fevral ayı ərzində Azərişıq ASC-nin ASAN xidmət mərkəzləri vasitəsi ilə göstərdiyi 10 xidmət üzrə (əhali və qeyri əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması, əhali və qeyri-əhali abonentliyin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smart kartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğaçın yoxladılması, smart karta ödəniş edilməsi) 19 min müraciət olunub.