​33 yaşlı qadın özünü asdı – GÖYÇAYDA

Baxış sayı:
1822

Göyçayda 33 yaşlı qadın özünü asıb.
Hadisə rayonun Qaraməryəm kəndində qeydə alınıb.
Kənd sakini 1985-ci il təvəllüdlü Mahirova Raziyyə Əvəz qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihara cəhd edib. Ailə üzvləri hadisədən tez xəbər tutub, koma vəziyyətinə düşən R. Mahirovanı təcili Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırıblar.  R. Mahirovanın vəziyyəti ağırdır.
R. Mahirova ailəli olub, həyat yoldaşından ayrılıb. Hadisənin hansı səbəbdən baş verdiyi aydın deyil.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır(apa).