​33 yaşlı kişi özünü asdı

Baxış sayı:
3901

İmişli rayonunda 33 yaşlı kişi intihar edib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Xoşçobanlı kəndində qeydə alınıb. 
Belə ki, həmin kəndin sakini, 1985-ci il təvəllüdlü Nihad İltifat oğlu Əhmədov özünü yaşadığı evdə asaraq intihar edib.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.