33 yaşlı kişi Mingəçevir su anbarında BATIB – MEYİT AXTARILIR

Onun meyitinin axtarışları davam edir
 
Mingəçevir su anbarında bədbəxt hadisə baş verib.
Bərdə rayonunun Güloğlular kənd sakini 33 yaşlı Qulu Məmmədov anbarda çimərkən batıb.
Hadisə axşam saatlarında baş verib. O, Bərdədən dostları ilə birlikdə Mingəçevirə çimməyə gəlib. Lakin burada suyun dərin hissəsində çimərkən qəfil yoxa çıxıb. Hazırda onun meyitinin tapılması istiqamətində axtarış işləri davam etdirilir.
Q.Məmmədov 3 uşaq atasıdır.