32 yaşlı kişi hücuma məruz qaldı – NAMƏLUM ŞƏXSLƏR…

Baxış sayı:
3658

Şəkidə 32 yaşlı kişi naməlum şəxslərin hücumuna məruz qalıb.
Belə ki, bu gecə saat 04.00 radələrində Şəki şəhəri, M. F. Axundov küçəsi ev 4 ünvanında yaşayan Elçin Tahir oğlu Əzizov sol qolun bazu hissəsinin və qarnının aşağı sol hissəsinin deşilmiş xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan verilən məlumata əsasən, Elçin Əzizov bildirib ki, şəhər ərazisində tanımadığı iki nəfərin hücumuna məruz qalıb. Mübahisə zamanı tanımadığı şəxslərdən biri əlində olan kəsici alətlə ona xəsarət yetirdikdən sonra hər iki şəxs hadisə yerindən qaçıb. Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Elçin Əzizova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.