“32 saylı Suraxanı üçüncü seçki dairəsinin nəticələrini etibarsız sayırıq” - BƏYANAT

Baxış sayı:
2416

“Yenidən demokratik və şəffaf seçkilərin keçirilməsini tələb edirik”
 
“Milli Məclisə seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədlər tərəfindən 09 fevral 2020-ci il tarixində keçirilən səsvermə zamanı seçki dairəsinin bütün məntəqələrində Məntəqə Seçki Komissiyaı tərəfindən seçkiyə müdaxilə, aidiyyatı olmayan orqanlar tərəfindən tezyiqin göstərilməsi, seçicilərin az faizlə iştirakı süni yolla artırılması və düzgün protokolların verilməsindən imtina etməyi 32 saylı Suraxanı üçüncü seçki dairəsinin nəticələrini etibarsız sayırıq və yenidən demokratik və şəffaf seçkilərin keçirilməsini tələb edirik”.

Bu barədə 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədlərin bəyanatında deyilir.
“Yeni Azərbaycan Partiyasının namizədi və Suraxanı rayon İcra Hakimiyyəti Başçısının müavini Həsənova Afət Əbil qızının xeyrinə total saxtakarlıqlarla keçirildiyini bəyan edirik. Bu saxtakarlıqlarla bağlı foto, video, audio-materiallarla yanaşı,tərtib etdikləri aktlar aidiyyatı qurumlara təqdim ediləcək.
Biz namizədlər inanırıq ki, dövlətin aidiyyəti qurumları seçicilərin və namizədlərin haqqlı mövqeyini müdafiə edəcək və saxtakarlıqda, rol alan əməkdaşları, dairə və məntəqə komissiya üzvləri cəzalandırılacaq”,-deyə bəyanatda qeyd olunur.
Qeyd edək ki, bəyanatı hüquqları pozulmuş 9 namizəddən 6-sı-Baxışov Elçin Niyaz oğlu, Cəfərli Fikrət Novruz oğlu, Əlisəfazadə Anar Əlisəfa oğlu, Mütəllimova Xəyalə Elman qızı, Quliyev İlqar May oğlu, Rəcəbov Vəlican Etibar oğlu imzalayıb./Hurriyyet.org