31 yaşlı kişini maşın vurub - ABŞERONDA

Abşeron rayonunun H.Z.Tağıyev qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 
Yolu keçmək istəyən 1986-ci il təvəllüdlü Dadaşov Şəhriyar İlkin oğlunu minik avtomobili vurub.
Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.