​300 min yəhudini öldürənlə bağlı qərar

Baxış sayı:
588

Almaniya məhkəməsi “Auşvisli hesabdar” kimi tanınan 96 yaşlı Oskar Herinqə həbs cəzası verib.
Muxalifet.az xəbər verir ki, Selle şəhərinin məhkəməsi məhkumun yaşına baxmayaraq, 4 il həbsdə yatmalı olduğu barədə qərar qəbul edib. Bununla yanaşı, Osvensim əsir düşərgəsinin sabiq hesabdarının və SS zabitinin hüquqları qorunacaq və ona lazımi tibbi yardım göstəriləcək.
Oskar Herinq 2015-ci ilin iyul ayında mühakimə olunub. O, 300 min insanın qətlində günahkar bilinərək 4 il həbs cəzasına məhkum edilib. Lakin alman zabiti bundan sonra iki il evində yaşayıb. Bu yaxınlara qədər isə onun həbsxanaya göndəriləcəyi məlum deyildi. 2017-ci ilin avqustunda Hannover prokuroru Herinqin həbs cəzasının təxirə salınması barədə xahişini rədd edərək caninin həbsxanaya göndərilməli olduğunu bildirib.
Qeyd edək ki, II Dünya müharibəsində Herinq Auşvisdə (Osvensim) hesabdar işləyib: o, məhbusların pullarını sayaraq sonradan Berlindəki koordinasiya qurumuna göndərib. Herinq heç vaxt düşərgədəki fəaliyyətini inkar etməyib və insan ölümlərində əli olduğunu boynuna alıb. Onun ifadələri nasist rejiminin cinayətlərini təsdiq etdiyi üçün tarixi nəzər nöqtəsindən vacib sayılır.