300 MİLYONLUQ ƏRƏB ÖLKƏLƏRİ ABŞ-ı SANKSİYALARLA HƏDƏLƏYİR - Populist bəyanatlar, yoxsa gerçəkliyə çevrilə biləcək təhdid? - TƏHLİL

Baxış sayı:
1069

Ərəb Dövlətləri Liqasının fövqəladə toplantısında Qüdsün İsrailin paytaxtı kimi tanınmasına cavab tədbiri qismində ABŞ-a münasibətdə sanksiyaların tətbiqi müzakirə olunub. İdeya bir sıra dövlətlərin dəstəyini qazanıb, lakin belə də yekun qətnaməsinə daxil edilməyib.
Bəs, Ərəb ölkələri Amerikanı hansı sanksiyalarla “qorxuda” bilərdi və gələcəkdə bu cür tədbirlərin qəbul edilməsi nə qədər gerçəkdir?
Ərəb dünyası ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı qəbul etmək qərarından ifrat qəzəbini sərgiləmyi davam etdirir. Bazar günü Ərəb Dövlətləri Liqası (ƏDL) nazirlərinin görüşündə xüsusən də Livan Birləşmiş Ştatların Qüds üzrə bəyanatıyla bağlı ona qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Livan XİN başçısı Cəbran Basil bildirib ki, istənilən ölkənin Qüdsü İsrailin paytaxtı qəbul etmək qərarına cavab verməkdən ötrü vahid ərəb siyasətini dirçəltmək lazımdır. O vurğulayıb: “Diplomatik tədbirlərdən başlayaraq sonra siyasi, daha sonra iqtisadi və maliyyə sanksiyaları… Bu cür qərara dair xəbərdarlıq tədbirləri görmək lazımdır”.
Tramp çərşənbə günü Qüdsüİsrailin paytaxtı kimi tanımaq və Amerika səfirliyini Təl-Əvivdən ora köçürmək niyyəti haqda bildirib. Bununla yanaşı, o, (İsrailə məxsusluğu dünyada heç kimdə mübahisə doğurmayan) Qərbi Qüdsü və yaxud şəhəri bütünlükdə nəzərdə tutub-tutmadığını konkretləşdirməyib. ABŞ prezidentinin qərarı hətta sadiq müttəfiqləri, xüsusən də Avropa Birliyi ölkələri və hətta Böyük Britaniya tərəfindən də kəskin tənqid doğurub. Hətta İsrailin özündə çoxları Amerika liderinin bəyanatını aşkar ziddiyyətlər ucbatından tənqidi qarşılayıb, bunu Amerikanın yaxın Şərqə atdığı növbəti “bomba” adlandırıblar. 
Ərəb və müsəlman ölkələri isə ümumiyyətlə təkcə töhmətli bəyanatlarla deyil, həm də hər şeydən əvvəl ABŞ səfirliklərinin qarşısında kütləvi etirazlarla silkələnib. Türkiyə, Livan, İordaniya, Malayziya paytaxtının küçələrində antiamerika nümayişləri keçirilib. Fələstinin özündə (İordan çayının qərb sahilinin müxtəlif bölgələrində, Şərqi Qüdsdə və Qəzza sektorunda) cümə günü bu cür aksiyalar “qəzəb günü” adlandırılıb və kütləvi iğtişaşlara və İsrailin güc təmsilçiləriylə toqquşmalara keçib, nəticədə 1,1 min nəfər ziyan çəkib.
 
Ərəb ölkələri ABŞ-ı necə “cəzalandıra” bilər?
Sanksiyalar haqda Livan təklifinin səsləndiyi ƏDL XİN başçılarının fövqəladə iclasının çağırılması məhz bununla bağlıydı. Daha bir neçə ölkə Beyruta dəstək ifadə edib. Əlbətə, təmtəraqlı təşəbbüsdür – xüsusən də nəzərə alınsa ki, söhbət dərhal siyasi, diplomatik və hətta iqtisadi-maliyyə tədbirlərindən gedir. Bəs ərəb ölkələri ABŞ-ı hansı şəkildə “cəzalandıra” bilər?
Strateji kommunikasiyalar Mərkəzinin prezidenti Dmitri Abzalov “Vzqlyad”qəzetinə bildirib: “Sərt hərəkətlərin müzakirə olunması faktının özü Vaşinqton üçün pis xəbərdir”.
Və əlavə edib ki, hər hansı ədavətli fəaliyyət başlanacaqsa da, bu, hər şeydən öncə diplomatik və ya siyasi səciyyə daşıyacaq. Həmsöhbət işarə edib: “Məsələn, ABŞ ərazisindəki diplomatik missiyaları məhdudlaşdırmaq olar. Və yaxud əksinə, bu mövqeyi tutan ölkələrin ərazisində Amerika diplomatik missiyalarının fəaliyyətini məhdudlaşdırmaq”.
O, əlavə edib: “Fələstini dəstəkləmək və məsələn, səfirliklərini Qüdsün Fələstinin özünün saydığı şərq hissəsinə köçürülməsini elan etmək olar”.
Abzalov hesab edir – ABŞ-ın bütövlükdə ərəb dövlətləriylə xüsusən də hansısa mübahisəli məsələ üzrə dialoq aparması xeyli çətinləşər, çünki onlar indiki durumu özlərinin danışıq mövqelərinin möhkəmləndirilməsi üçün istifadə etməyə cəhd göstərirlər.
Onun fikrincə, həmçinin ərəb dövlətlərindən savayı hazırda ABŞ-la bir sıra ziddiyyətləri olan Türkiyə də durumdan istifadə edir.
Fələstinin özü ayrı-ayrı tədbirlərin görülməsinə artıq gedib. Orada Trampın bəyanatıyla bağlı beynəlxalq məhkəməyə müraciət etmək niyyətindədirlər. Fələstinlilər həm də vurğulayıblar ki, İsraillə münaqişənin tənzimlənməsində Vaşinqtonu daha vasitəçi saymırlar. Hətta bazar günü məlum olub ki, Fələstin lideri Mahmud Abbas ABŞ vitse-prezidenti Mayk Penslə planlaşdırılmış görüşdən imtina edib.
Bundan başqa, Abzalov yada salıb ki, ABŞ-ın bütün hərbi bazalarının xeyli hissəsi Yaxın Şərq ərazisində cəmləşib. O, qeyd edib: “Məsələn, onların işini çətinləşdirmək, icarə haqqını yüksəltmək, bu ölkələrin ərazisində hərbçilərin fəaliyyətini məhdudlaşdırmaq imkanı var”.
“Bu, ərəb və müsəlman ölkələrinin başqa güc mərkəzləriylə qarşılıqlı təsirini fəallaşdıra bilər. Alternativlər axtaracaqlar”, – deyə Abzalov vurğulayıb: “Onlar onsuz da vurğunu RF ilə qarşılıqlı təsirə dəyişiblər. Səudiyyə kralı ölkəmizə səfər edib, Misir əməkdaşlığı fəallaşdırıb, Liviya üzrə birgə işləyirik, Türkiyə tam bir sıra məsələlər üzrə bizimlə qarşılıqlı fəaliyyətdədir, İordaniya, Livan, tam bir silsilə başqa dövlətlər də bununla məşğuldur. Trampın tanıma sayəsində gətirdiyi bu disbalans nəzərə alınmaqla Moskvaya maraq prinsipcə güclənəcək. Bundan başqa, bu, Çin üçün yaxşı yenilikdir. O, bölgədə mövqeyini ciddi şəkildə möhkəmləndirə bilər, Pekin bunu artıq edir”.
 
“Hipotetik olaraq dollarla əməliyyatları məhdudlaşdırmaq olar”
Oxşar yerdəyişmə iqtisadi sahədə də baş verə bilər. Abzalov deyib: “Çin Yaxın Şərqdə tam bir sıra strateji yönlərdə artıq faktiki olaraq Vaşinqtonu əvəz edir”.
Onun fikrincə, Vaşinqtonun hərəkətlərindən narazılıq buna səbəb ola bilər ki, Pekin və Moskva mövqelərini möhkəmləndirər və öz şirkətlərinin bölgə təmsilçiliklərini genişləndirər.
Amerika məhsulunun qismən əvəzlənməsi silah bazarında da baş verə bilər, xüsusən də ona görə ki, bu sahədə bölgənin çox ölkələri ilə Rusiyanın əməkdaşlığı yoluna qoyulub. Ekspert qeyd edib: “Məsələn, Türkiyəni götürək. Orada “Petriot”lar durduğu halda, S-400 alıb. Səudiyyə Ərəbistanı da ayrı-ayrı silahlarımızı alır”.
Onun dediyinə görə, buna nail olmaq olar ki, səudlar silahın daha hansısa növlərini, məsələn, helikopter və ya HHM sistemi ala bilərlər. Bundan başqa, ərəb ölkələri Amerikanın müxtəlif məhsullarının tədarükündən imtina edə və ya bir sıra layihələri yığışdıra bilər. Abzalov göstərib: “Məsələn, səudların "Boeing"lərin tədarükünə sazişi var. BƏƏ-nin yük seqmentində istifadə olunacaq səsdənsürətli “Hyperloop” nəqliyyat sisteminə layihəsi var”. 
Ekspert təxmin edir: “Hipotetik olaraq dollarla əməliyyatı məhdudlaşdırmaq və nefti, tutaq ki, dinar və ya yuanla satmaq olar. Energetika sahəsində qarşılıqlı fəaliyyət məhdudlaşdırıla bilər. Bu, Yaxın Şərq ərazisində Amerikanın "Chevron", "Exxon" və s. kimi müxtəlif şirkətləriylə təmsil olunub”.
Bir dəfə OPEK ölkələri, həmçinin Suriya və Misir artıq ABŞ-a və müttəfiqlərinə (xüsusən də Böyük Britaniya, Kanada, Hollandiya, Yaponiyaya) qarşı sanksiyalar tətbiq edib. Bu dövlətlər 1973-cü ildə Amerika və satellitlərinin Qiyamət günü müharibəsində İsrailə dəstəyinə reaksiya qismində onlara münasibətdə neft embarqosu tətbiq edərək neft böhranı törədib. Lakin, çətin ki, məsələ bu cür yeni boykota qədər gedib çıxar. Abzalov deyib: “Bu, bazarı çökdürə bilər və hələlik heç kim bunda maraqlı deyil”.
Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski “Vzqlyad” qəzetinə bildirib: “Keçən dəfə bu, onunla bitib ki, müəyyən qədər iqtisadi böhran yaşayan Amerika özündə, Meksikada, Kanadada neft və qaz sənayesini çox inkişaf etdirib, ərəb monarxiyaları isə əzəmətli miqdarda əlavə pul əldə edib”.
O, əlavə edib ki, bu, nəyisə kökündən dəyişməkdə ərəb ölkələrinə yardım etməyib.
 
“Bu, fantaziya xaricində olan sahədəndir”
Bununla yanaşı, ərəb ölkələri təmsilçilərinin təmtəraqlı ifadələri hələ hansısa gerçək tədbirlərin görüləcəyini bildirmir. ƏDL ölkələrinin çoxu yenə də Livanın təşəbbüsünü dəstəkləməyib və Liqanın nazirlər toplantısının yekun rəsmi məlumatında hansısa sanksiyalardan bir kəlmə də deyilməyib.
Bəli, əlbəttə, bu, ƏDL dövlətləri təmsilçilərinin son görüşü deyil və cəmi bir ay sonra Trampın Qüds üzrə bəyanatına həsr olunacaq bu cür daha bir sammitin keçirilməsi nəzərdə tutulub. Və təbii ki, bir sıra ərəb dövlətləri sanksiya ideyasını irəli sürməyi davam etdirəcək. Lakin bunun qəbul edilməsi ehtimalı yenə də az olaraq qalır.
Abzalov qeyd edib: “Bu ölkələrin hamısını güzəştli kreditlər və yaxud birbaşa maliyyə dəstəyi ilə ABŞ maliyyələşdirir. Həmçinin, məsələn, Səudiyyə Ərəbisdanının işlətdiyi silahların əsas qismi Amerikanındır. Kimin silahını işlədirsinizsə, o ölkədən də asılısınız”.
Politoloq, xarici və müdafiə siyasəti üzrə Şuranın başçısı Fyodor Lukyanovda qeyd edir ki, hansısa gerçək tədbirlər almaq üçün bu ölkələrin ABŞ-dan asılılığı son dərəcə böyükdür.
O, “Vzqlyad” qəzetinə deyir: “Onlar Amerikadan çox asılıdır, nəinki əksinə. Bundan başqa, Fələstin məsələsi ərəb ölkələrini ancaq basqı və özünü xatırlatma mövzusu kimi narahat edir. Onların heç biri Birləşmiş Ştatlarla münasibətləri kəskinləşdirməyə getməz”.
Lukyanov qeyd edir, bundan başqa, ərəb ölkələrinin əksəriyyəti xüsusi təsir imkanına malik deyil. Onun sözlərinə görə, nəzəri nəsə edə bilərdilər – məsələn, çox böyük maliyyə əlaqələri və xeyli miqdarda Amerika istiqrazının varlığı sayəsində Səudiyyə Ərəbistanı. Və yaxud Amerikanın böyük bazasının yerləşdiyi Qətər. Bu bazanın orada yeləşdiyi haqda nəzəri məsələ qoymaq olardı. O, xülasə edir: “Amma bu, fantaziyadankənar sahədəndir, belə bir şey heç vaxt olmayacaq”.
İnnovasiyalı İnkişaf İnstitutu Yaxın Şərq münaqişələrinin öyrənilməsi bölməsinin rəhbəri Anton Mardasov “Vzqlyad” qəzetinə bildirib:“Düşünmürəm ki, hansısa sanksiyalar təbiq olunacaq. Bütün bu iğtişaşlara baxmayaraq, hər şey nümayişlər, bayraq yandırmaq, siyasi deyimlərlə məhdudlaşacaq. Mənim baxışımca, bu, xalis populist bəyanatdır, onların heç bir ciddi mexanizmi yoxdur”.
O vurğulayıb: “Bu münaqişə bir çox ölkələrə diplomatik səyləri yamsılamaq üçün lazımdır. ABŞ-ın yanlış siyasət apardığını söyləmək və ondan hansısa böyük sövdələşmə tələb etmək üçün”.
Daha bir çalar bundan ibarətdir ki, ərəb ölkələrinin hamısı olduqca müxtəlifdir və öz aralarında çox da yaxşı dil tapmır. Yevgeni Satanovski qeyd edib: “Ərəb dünyası o qədər parçalanıb ki, Qərbdən asılı olduqca birliyi olmayacaq, hansısa sanksiyanın tətbiqi ancaq rəmzi ola bilər. Məsələn, kimsə “Hobbit” filmini qadağan edə bilər. ƏDL mövcud olduğu on illər ərzində növbəti antiisrail qətnaməsi qəbul etməkdən savayı hər hansı bir məsələ üzrə heç nəyi razılaşdıra bilməyib”.
Tərcümə Strateq.az-ındır.