300 manat rüşvət alan məmura cəza kəsildi

Baxış sayı:
3316

Rüşvət alan icra məmuru hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Pərviz Nəbizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru işləmiş Pərviz Nəbizadə şərti cəza alıb.

P.Nəbizadə Nərimanov Rayon İcra Şöbəsində icra məmuru kimi fəaliyyət göstərib.

Məlumata görə o, bu ilin əvvəllərində vəzifə səlahiyyətlərini yerinə yetirən zaman 300 manat rüşvət aldığına görə saxlanılıb. Barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq və məhkəmə istintaqı dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.