300 kilo heroinlə tutulan azərbaycanlı sərbəst qaldı - MƏHKƏMƏ QƏRARI

Baxış sayı:
1576

Kiyevin Peçer rayon məhkəməsi 300 kiloqram heroinlə tutulan beynəlxalq narkotik ticarətçiləri dəstəsinin azərbaycanlı üzvü haqda ev dustaqlığı qərarı çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəhbərinin birinci müavini Vyaçeslav Abroskin sosial şəbəkə hesabında məlumat paylaşıb.

 

Onun sözlərinə görə, Azərbaycan vətəndaşı elə məhkəmə zalındaca sərbəst buraxılıb. Ona ancaq gecələr yaşayış yerini tərk etmək qadağan edilib. “Lakin ev dustaqlığı müddətində harada yaşayacağını heç özü də bilmir” deyə Abroskin qeyd edib.

 

Dəstənin digər dörd üzvü – Türkiyə vətəndaşları isə həbs ediliblər. Onları 154 mindən 10,7 milyon qrivenə qədər pul müqabilində azadlığa buraxıla bilərlər.

 

Bununla yanaşı, Abroskin qeyd edib ki, müsadirə edilən narkotikin dəyəri ümümi girov məbləğindən 24 dəfə çoxdur: “Ukrayna Milli Polisi bir neçə gün əvvəl beynəlxalq narkotacirlərdən qara bazarda dəyəri 660 milyon qriven olan xüsusi təhlükəli narkotik – 300 kilo heroin müsadirə edib. Saxlanılan beş nəfərin ümumi girov məbləği isə 27 milyon qrivendir”.