300-dən çox azərbaycanlı Gürcüstandan təxliyə olunur

Baxış sayı:
390

Gürcüstanda daha 352 nəfər azərbaycanlının Azərbaycana təxliyəsi prosesi başlanılıb.

Muxalifet.az xəbər verir ki, hazırda həmin şəxslər Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplaşır.

Onların hamısının ötən gün koronavirusla bağlı verdikləri testlərin cavabı neqativ çıxıb. Həmin şəxslərin 107-si Azərbaycan vətəndaşı, 233-ü Gürcüstan, 12-si isə Rusiya vətəndaşıdır.

Təxliyə olunan şəxslər səfirlikdən COVID-19 arayışı aldıqdan sonra saat 10:00-da 6 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Qeyd edək ki, indiyədək Gürcüstan vasitəsilə min nəfərdən çox azərbaycanlının Azərbaycana çatdırılması təmin olunub.