30 yaşlı kişi bıçaqlandı - SABİRABADDA

Baxış sayı:
2719

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, rayonun Muğan Gəncəli kəndində 1988-ci il təvəllüdlü Elvin Həsənov naməlum şəraitdə bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
Həkimlərin müayinəsi zamanı məlum olub ki, Elvin Həsənov kürək və çiyin nahiyələrindən bir neçə bıçaq xəsarəti alıb.
Həkim nəzarəti altında olan Elvin Həsənovun vəziyyətinin ağır olduğu bildirilir.
Elvin Həsənov tanışı tərəfindən bıçaqlandığı bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.