30 minlik telefon avadanlığı oğurlandı

Bakıda telefon mağazasından külli miqdarda məhsul oğurlanıb. 
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, oktyabrın 25-də Azadlıq prospektindəki mağazaların birindən 30.000 manat dəyərində mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən, orada satıcı işləyən paytaxt sakini Eşqin Nəbiyev saxlanılıb.