3 uşaq anası dərman içərək özünü öldürmək istədi - TOVUZDA

Hadisə rayonun Qovlar şəhərində baş verib
 
Tovuz rayonunda qadın intihara cəhd edib.
Hadisə rayonun Qovlar şəhərində baş verib. Tovuz rayon sakini, Abbasova Anarə Əlixan qızı yaşadığı evdə hələki bilinməyən səbəbdən müxtəlif dərman preparatları içərək intihara cəhd edib. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qadına həkimlər tərəfindən tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.
İntihara cəhd edən qadın 1992-ci il təvəllüdlüdür. Onun üç uşağı var.
Faktla bağlı araşdırma aparılır.