3 rus təyyarəsi enişə MƏCBUR EDİLDİ

NATO hərbi ittifaqı Estoniyaya hava sahəsi yaxınlarında uçan Rusiyaya aid 3 qırıcı təyyarəni eniş etməyə məcbur edib.
 
Bu haqda ittifaq tərəfindən açıqlama verilib.
NATO rus təyyarələrini saxlamaq üçün “F-18” ispan və fin istehsalı savaş təyyarələrini göndərib.
Qeyd edək ki, Rusiyanın Ukraynada yaşanan böhranlara daxil olmasının ardınca qərblə Moskva arasında gərginlik artmaqda davam edir. Buna görə də NATO tərəfindən rus təyyarələri tez-tez sıxışdırılmağa başlayıb.