3 milyardlıq sərvətimin olduğunu deyirlər - Ərdoğan

Mənə yenə böhtan atırlar.
 
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxaliflərin iddialarına cavab olaraq deyib.
“Tayyib Ərdoğanın 3 milyardliq sərvəti var" deyirlər. "Bununla bağlı məhkəməyə müraciət edəcəyik" deyirlər. Olmayan bir şeylə günahlandıranda rahat olursunuz. Bunlar rahat dayanmırlar. Biz bu dünyada Allahdan başqa heç kimə hesab verməyəcəyik”, - dövlət başçısı bildirib.