“3 illik fasilədən sonra ölkənin ödəmələr balansı yenidən mənfiyə keçdi” – RÖVŞƏN AĞAYEV

Baxış sayı:
1269

“Mərkəzi Bank 2020-ci ilin ilk rübünün tədiyə balansını açıqlayıb. 3 illik fasilədən sonra ölkənin ödəmələr balansı yenidən mənfiyə keçdi, balansda 1.4 mlrd. dollara yaxın defisit yaranıb”.

Bu fikirlərin müəllifi İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevdir.

İqtisadçı ekspert bildirib ki, bu, neftin qiymətinin nisbətən əlverişli – 55 dollara yaxın olduğu şəraitdə baş verir: “Tədiyə balansının uzunmüddətli və davamlı olaraq mənfi zonada olması ölkədə makroiqtidsadi sabitlik üçün ciddi təhdid yaradır. Cari hesablarda 646.3 mln. dollar profisit yaransa da, maliyyə hesabında 1.4 mlrd. dollara yaxın kəsir yaranıb. Eyni zamanda, “xalis xəta və nöqsan” maddəsi altında ölkədən mənşəyi bilinməyən valyuta çıxışı 596 mln. dollar olub. Nəticədə isə tədiyə balansının yekun kəsiri 1.4 mlrd. dollara yaxın olub”.