​3 gündür ki, metroya minmək olmur...

Baxış sayı:
7558

Universitetlərdə ikinci semestr başlayandan sonra metrodakı sıxlıqla bağlı narazılıqlar yenidən artmağa başlayıb. Xüsusilə də günün pik saatlarında qatara minə bilməyən sərnişinlər sosial şəbəkələrdə bununla bağlı şikayətlərini bildirirlər. Qeyd olunur ki, istər qatarda, istərsə də platformalarda ürək zəifliyi, müxtəlif xəstəliyi olan şəxslərin halı tez-tez pisləşir. 
Muxalifet.az xəbər verir ki, Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məsələylə bağlı qafqazinfo-ya bildirib ki, qatarlar arasındakı intervalı 2 dəqiqədən aşağı salmaq hazırkı vəziyyət üçün mümkünsüzdür:
"Hazırda metro payız-qış qrafikinə uyğun işləyir və qatarlararası interval üçün ən minimal hədd 2 dəqiqədir. Hətta biz qatarların sayını artırsaq belə, bu intervala toxuna bilmərik. Gələcək inkişaf strategiyamızda bu məsələnin həlli üçün planlar var. Ancaq bunun üçün yaşıl və qırmızı xətlər ayrılmalıdır. Hazırda "Həzi Aslanov-2" və bənövşəyi xətdə tikinti davam etdirilir. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən problemlərin həll olunması gözlənilir".
Xatırladaq ki, bu səhər metronun "N.Nərimanov" stansiyasında ölüm hadisəsi baş verib. Ürəktutmasından vəfat edən 58 yaşlı sərnişin Hidayət Ömərovun da halının metrodakı sıxlıqdan pisləşdiyi deyilir.