​3 dəqiqəyə 1,5 milyard dollar - "ONLİNE" SATIŞDA YENİ REKORD

Çinin “Alibaba” internet ticarət nəhəngi ölkədə noyabrın 11-də qeyd olunan “Yalnızlar günü” ilə əlaqədar böyük endirim kampaniyası çərçivəsində “online” satışda yeni rekorda imza atıb.
Muxalifet.az xəbər verir ki, gecə saat 00:00-da başlayan kampaniya çərçivəsində 3 dəqiqə 1 saniyə ərzində 10 milyard yuanlıq (1,5 milyard ABŞ dolları) satış qeydə alınıb. Ötən il satış 10 milyard yuan məbləğinə 3 dəqiqə 57 saniyəyə çatmışdı.
Qeyd edək ki, Çinin ticarət şəbəkələri hər il 11-ci ayın 11-də “Yalnızlar günü” ilə əlaqədar alıcılara böyük endirimlər təklif edir. Bu il 140 minə yaxın şirkət və mağaza “Alibaba”nın internet mağazalarından satışa 15 milyon çeşiddə məhsul çıxarıb. Proqnozlara görə, “Alibaba”nın bu ilki “Yalnızlar günü”ndə satışı 23 milyard dolları keçəcək. Ötən il bu rəqəm 18 milyard dollar olub./Azərtac/