3-cü mərtəbədən yıxılan uşaq VƏFAT ETDİ

Hadisə Xətai rayonunda baş verib
 
Ötən gün Bakının Xətai rayonunda 3-cü mərtəbədən yıxılan uşaq ölüb.
Hadisə N.Əliyev küçəsində yerləşən binada baş verib.
Üçüncü mərtəbədə yaşayan 2014-cü il təvəllüdlü Bəydəmirli Rəvan Elşən oğlu nəzarətsiz qalaraq pəncərəni açıb və oradan yerə yıxılıb. Uşaq 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib və bu gün dünyasını dəyişib.