3 azyaşlını atıb sevgilisinə qoşulub qaçan anadan YENİ XƏBƏR

Anası tərəfindən tərk edilən və ötən ayın əvvəli nənəsinin çölə atdığı uşaqlarla bağlı bəzi detallar ortaya çıxır.
 
 Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru, hüquq müdafiəçisi Vasif Akifli məlumat verib.
O hadisə bağlı bəzi məqamları açıqlayıb. Vasif Akifli nənənin uşaqları niyə çölə atması məsələsinə də toxunub: “ Həm nənə, həm də ana sığıncağa dəvət olunub. Onların hərəsi bir şey danışır. Ailədaxili problemləri var. Uşaqların anası nənəsinə vaxtilə uşaqlarla bağlı etibarnamə verib. Həmin etibarnamə ilə uşaqlar nənənin öhdəliyinə keçib. Sonra ana öz uşaqları ataraq həyatını yaşamağa gedib. Nənə isə bildir ki, uşaqları qisas məqsədilə çölə atıb. Deyir ki, qızına dəfələrlə evi tərk etməməsini, kiməsə qoşulub qaçmamasını desə də, qızı onu saymayıb. Buna görə də nənə azyaşlı uşaqları çölə atıb. Onların hər ikisi burda bir-birini günahlandırır”.
 Hüquq müdafiəçisi qeyd edib ki, ana artıq uşaqları özü ilə aparmaq istəyir: “Lakin biz uşağı anaya verə bilmərik. Bunun üçün məhkəmə qərarı olmalıdır. Onsuz da bizdə artıq sənədləşmə işləri gedir. Uşaqları küçəyə atan ana və nənə ilə bağlı məhkəməyə müraciət edəcəyik. Qoy layiqli cəzalar alsınlar".
Maraqlı suallardan biri də budur ki, bəs bu az yaşlı uşaqların atası haradadır?
Hüquq müdafiəçisinin sözlərinə görə, ata hələ də axtarışdadır: “Biz uşaqların atası ilə də bağlı axtarış vermişdik. Onsuz da həmin şəxs illərdi Ağsu Polis İdarəsi tərəfindən axtarılır. Bir məqamı da sizin diqqətinə çatdırmaq istəyirik ki, ailə 2015-ci ildə məhkəmə vasitəsi ilə boşanıblar. 3 uşağa görə ataya 90 manat aliment pulu kəsilib. Lakin həmin şəxs 2015-ci ildən bəri bir dəfə də olsa aliment ödəməyib, nə də gəlib uşaqları ilə maraqlanmayıb. Məsələ ilə bağlı biz ictimaiyyətə məlumat verəndən sonra, Ağsu da bu adamın axtarış işinə hətta sakinlər belə qoşulub”.
***
29 iyul
Anası tərəfindən tərk edilən və ötən ayın əvvəli nənəsinin çölə atdığı uşaqlarla bağlı yeni xəbər var. Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru, hüquq müdafiəçisi Vasif Akifli məlumat verib:
"Bu 3 azyaşlı uşaq bir ay bundan qabaq polis tərəfindən, küçədə baxımsız və kimsəsiz şəkildə aşkarlanaraq Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilmişdilər. Həmən gündən uşaqları küçədə sahibsiz atan nənə və ana ilə bağlı axtarışlarımız davam edirdi. Ağsu rayon Polis Şöbəsi, İcra hakimiyyəti, televiziya və KİV-i ilə birgə apardığımız işin nəticəsi olaraq artıq ana tapılıb sığınacağa gətirildi. 7 ayda bir dəfədə olsun uşaqlarından xəbəri olmayan "ana"nın göz yaşı mənə inandırıcı belə gəlmir!"
Vasif Akifli onu da bildirib ki, artıq nənə və ana ilə bağlı məhkəməyə müraciətlər hazırlanır:
"Layiqli cəzalarını almalı və hamı da görməlidir ki uşaqlar tək deyil....Zəif, gücsüz ola bilərlər, istədiyiniz yerdə ata bilərsiz amma tək deyillər!!!!
Çox acıdı bu səhnələri görmək... Çox ağırdır mütəmadi olaraq bu hadisələrin içində işləmək. Bəzən yaşadığım cəmiyyətdə belə analar, belə ailələr olduğu üçün nifrət edirəm hər şeyə....axı biz Azərbaycanlıyıq...Bizim milli dəyərlərimiz, ailə tərbiyəmiz ,namus kodeksimiz hansı ara bu tip mənfi insanların oyuncağına çevrildi? Niyə bu qədər real müsbət nümunələr olduğu halda belə mənfilər olmalıdır? Kim və necə dayan desin bu gedişata ???"
Qeyd edək ki, ana Xəyalə Kərimova adlı gənc qadının 3 uşağını atıb və başqası ilə qaçdığı söylənilirdi. Qızı qaçdıqdan sonra isə uşaqların nənəsi nəvələrini küçəyə atıb. Uşaqlar tapılan zaman əllərində olan çörək və sənədlər yerləşdirilmiş çantada analarının birgə qaçdığı kişinin də fotosu olub.
 Uşaqların ana və atası ayrılıblar.