3 azyaşlı uşaq su çəninin altında qalıb - İKİSİ AĞIR XƏSARƏT ALIB

Yaralılardan yalnız birinin vəziyyəti qənaətbəxşdir
 
Salyanın Peyk kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Şamaxının Salox kəndindən Salyandakı qohumlarıgilə gələn 4 yaşlı Rasim Yunus oğlu Məmmədli, onun bacısı 2 yaşlı Şahanə Məmmədli və qohumları 5 yaşlı Fatimə Mehdi qızı Osmanova həyətdəki boş su çəni ilə oynayan zaman çən onların üzərinə düşüb.
Nəticədə uşaqların hər üçü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib. Bacı-qardaşın vəziyyəti ağır olduğundan onların Bakıya göndərilməsi planlaşdırılır. Digər uşaq isə ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır./report