3 aylıq uşaq virusa yoluxdu, bütün bölgə karantinə alındı

Baxış sayı:
2128

Vyetnamda koronavirus səbəbiylə Vinfuk vilayətindəki 10 min nəfərin yaşadığı bölgə karantina alınıb. Buna səbəb 3 aylıq uşağın virusa yoluxmasıdır. Onun virusa necə yoluxduğu məlum deyil.

Xarici KİV-lər xəbər verir ki, mühasirəyə alınan bölgədən insanların çıxışına icazə verilmir. Bölgəyə yalnız xüsusi icazə əsasında girmək mümkündür.

Məlumata görə, paytaxt Hanoydan 50 kilometr məsafədə yerləşən bölgədə karantin müddəti azı 14 gün davam edəcək. Bölgədə bir neçə müşahidə postları qurulub. Sakinlərə xidmət göstərmək üçün səyyar dükanlar yaradılıb. Məktəblərdə tətil elan edilib.

Qeyd edək ki, Vyetnamda 16 nəfərdə koronavirusa rast gəlinib./Publika.az