29 yaşlı qadın bıçaqlandı - XAÇMAZDA
23-08-2017 14:33
Xaçmaz rayonunda bıçaqlanma faktı qeydə alınıb.
Hadisə rayonun Yalama kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Faruxanova Vəfa Cazib qızı bıçaqlanıb.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadın əməliyyat olunur.
Yalama Polis Bölməsindən bildirilib ki, hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirləri aparılır.
Faktla bağlı araşdırmalar davam etdirilir.