29 yaşlı qadın ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildi

Aygün Yüsibova ağır vəziyyətdə xəstəxana yerləşdirilib
Göygöl rayon sakininin ayağı sınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1988-ci il Aygün Yüsibova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Sağ ayağı sınan və müxtəlif bədən xəsarəti alan qadının yaxınları onun yıxıldığını bildirsələr də, polis hadisənin avtomobil qəzası olduğunu güman edir və bununla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, hazırda qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.