​28 yaşlı qadın özünü öldürdü - BƏRDƏDƏ

Baxış sayı:
4276

Bərdə rayonunda intihar olub.
Hüquq-mühafizə orqanlarından Muxalifet.az-a verilən məlumata görə, hadisə rayonun Sərkərlər kəndinə qeydə alınıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Səbinə Yusifova intihar məqsədi ilə sirkə turşusu içib. O ağır vəziyyətdə Bakı şəhərinə aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.